Füzulidə avtomobil aşıb, ölən var
4-07-2022, 10:20

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Bədirxanov idarəetdiyi avtomobili aşırıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.





up