Əməliyyat masasında keçinən 50 yaşlı pasiyentin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
2-07-2022, 15:50

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında burun əməliyyatından dünyasını dəyişən 50 yaşlı Əhməd Kazımovun ölüm səbəbi ilə bağlı açıqlama verib.

AZİNFORM.AZ-nın sorğusuna cavab olaraq TƏBİB rəsmisi Zamira Adilova bildirib ki, 1974-cü il təvəllüdlü xəstə Kazımov Əhməd Seyidağa oğlu ambulator şəraitdə müayinələrdən keçərək 30.06.2022-ci il tarixdə “Burun çəpəri əyriliyi” diaqnozu ilə Septoplastika əməliyyatına götürülüb:

“Narkoz vaxtı xəstənin vəziyyəti qəflətən  pisləşib, əməliyyat dayandırılıb. Xəstədə reanimasion tədbirlər aparılıb və təcili olaraq  anesteziologiya reanimasiya şöbəsinə köçürülüb. Reanimasion tədbirlərə baxmayaraq xəstədə saat 12:40-da  bioloji ölüm baş verib. Araşdırılma aparılır”. 





up