lin əvvəlindən bu günə qədər paytaxt ərazisinda narkotik maddənin təsiri altında avtomobil idarə edən 100-dən çox sürücü aşkar edilib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, narkotik və psixotrop maddənin təsiri altında avtomobil idarə edən sürücülər yoxlamalar zamanı aşkar edilib. Polis əməkdaşları sürücülərin huşsuz vəziyyətdə olduğunu görən kimi onları hərəkətdən kənarlaşdıraraq tibbi müayinəyə aparıblar. Müayinələr zamanı həmin şəxslərin narkotik maddə hesab edilən ''patı''nın təsiri altında olduqları sübuta yetirilib.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq həmin sürücülər barəsində cərimə tətbiq edilir. Bu isə insanlar arasında narahatlıq doğurur.
Ona görə də Bakı Şəhər Dövlət Yol Polis İdarəsi narkotik maddənin təsiiri altında avtomobil idarə edən sürücüyə cəza növünün dəyişdirilməsi üçün bir sıra təkiliflər verib.
Bu arada, 2 İyun - Polis Günü ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polis İdarəsində narkotik maddənin təsiri altında avtomobil sürücülərini aşkar edən yol polis əməkdaşlarına diplom və mükafatlar təqdim olunub.
AZİNFORM.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: