Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə baş verib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a daxil olan məlumatda qeyd olunub.
Vətəndaş iddia edir ki, rayonun Əliabad kənd uşaq bağçasında nəzarətsiz qalan 4 yaşlı İbrahimov Mircihad Samir oğlunun üzərinə şkaf aşıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ raşdırılır. İctimaiyyətə ətraflı məlumat veriləcək.