Azərbaycanlı qadın Rusiyada azyaşlı uşaqları ilə intihar etdi - FOTOLAR
30-06-2022, 18:45

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasının qarşısında bir qadının və iki övladının cəsədi aşkar olunub.

AZİNFORM.AZ “qafqazinfo”ya istinadən xəbər verir ki, qadının öz uşaqları ilə birgə 16-cı mərtəbədən özünü ataraq intihar etdiyi iddia edilir.

Qonşuların sözlərinə görə, intihar edən qadının 32, qızlarının birinin 7, digərinin isə 5 yaşı olub.

Qadının Azərbaycan əsilli Rusiya vətəndaşı olduğu bildirilir. Bununla yanaşı, ailənin soyadının Çunayev olduğu qeyd olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

 





up