Sürücünü sükan arxasında ölü tapdılar
30-06-2022, 13:40

Beyləqanda sükan arxasında meyit aşkarlanıb. 

AZİNFORM.AZ-ın lent.az-a istinadən məlumatına görə, iyunun 30-u  saat 03:20 radələrində 1967-ci il təvəllüdlü Əliyev Süleyman Qəbil oğlunun “VAZ-2107” markalı avtomobildə ölü tapılıb. 

Meyitə baxış zamanı onun bədəni üzərində qətl əlamətləri, o cümlədən, hər hansı xəsarət aşkar edilməyib. 





up