Azərbaycan əsgərinin ölüm səbəbi bəlli oldu - YENİLƏNİB
30-06-2022, 13:25

Ötən gün Naxçıvandakı hərbi hissələrdən birində faciəvi şəkildə həlak olan əsgər Fazil Məmmədli evin tək oğlu olub.

AZİNFORM.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük iki bacısı var və onlar ailə həyatı qurublar.


Bədbəxt hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki hərbi hissənin tərkibindəki işçi qüvvənin fəaliyyəti zamanı baş verib. Belə ki, 18 yaşlı əsgər Fazil Məmmədli ehtiyatsızlıqdan hərbi yük maşınının altında qalıb və aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.

***
Naxçıvanda hərbi hissədə əsgər ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZİNFORM.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda baş verib.

Hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.





up