Zərgərlik mağazasına basqın edib yarım kiloqram qızıl oğurladılar - VİDEO
29-06-2022, 14:05

Türkiyənin Adana şəhərində iki nəfər zərgərlik əşyaları satılan mağazaya silahlı basqın edib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Bildirilir ki, basqın nəticəsində mağazadan yarım kiloqrama yaxın qızıl oğurlanıb.

Artıq cinayəti törədən şəxslər saxlanılaraq istintaqa cəlb olunub.


AZİNFORM.AZ



up