Türkiyədə sel: Binalar çökdü, yollar dağıldı - VİDEO
28-06-2022, 23:49

Türkiyənin Bartın vilayətində leysan yağışlar selə səbəb olub.

AZİNFORM.AZ xəbər verir ki, Kozcağız qəsəbəsində çayın daşması nəticəsində Kozcağız-Kumluca avtomobil yolunun bir hissəsi dağılıb. Yola yaxın 4 mərtəbəli bina və yaşayış evi uçub. Yaxınlıqdakı binalara da ciddi ziyan dəyib.

 Təbii fəlakətlə əlaqədar 300-ə yaxın ailə qəsəbədən təxliyə olunub. Hazırda ərazidə xilasetmə tədbirləri görülür.



AZİNFORM.AZ



up