DİGƏR XƏBƏRLƏR
Bu gün paytaxtda çoxmərtəbəli binaya bitişik yarımtikilidə yanğın baş verib.
AZİNFORM.AZ xəbər verir ki, yanğın nəticəsində 19 mərtəbəli yaşayış binasının ərazisində 10 kvadratmetr sahə yanıb: “Eyni zamanda, sahədə məişət tullantıları, yaxınlıqda sahəsi 20 kvadratmetr olan vinil materialdan ibarət reklam lövhəsi, “BMW” və “Hyundai” markalı minik avtomobillərinin ön hissələri yanıb. Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər nəqliyyat vasitələri və bina yanğından mühafizə olunub. Yanğın qısa zamanda söndürülüb”.
Yanan avtomobillərin videosunu təqdim edirik:
AZİNFORM.AZ