Ölkəmizdə əksər binalarda müasir standartlara uyğun liftlər quraşdırılsa da, qəzalara tez-tez rast gəlinir.
AZİNFORM.AZ xəbər verir ki, lift qəzaları ilə bağlı ATV süjet hazırlayıb.
Belə ki, liftlərdə qəza normadan artıq yüklənmə, elektrik sistemində nasazlıq, liftin quraşdırılması zamanı montajın düzgün olmaması və digər səbəblərdən yarana bilər.
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov mövzu ilə bağlı bildirib ki, liftlərə qulluq fərdi şəxslər tərəfindən aparıla bilməz:
“Liftlərə qulluq, təmir, lisenziyası olan təşkilatlar tərəfindən aparılmalıdır. Məsələ ilə bağlı lisenziyası olan təşkilatlarla müqavilələr bağlanılmalıdır”.
Süjetdə son olaraq qeyd edilib ki, liftdə olarkən bir neçə düyməni eyni anda basmaq, tavana, qapıya toxunmaq, liftin divarına söykənmək olmaz.