Dünyanın məşhur milyarderi öldü
27-06-2022, 21:00

Dünyanın 54-cü varlı adamı Leonardo Del Vekkio vəfat edib.

AZİNFORM.AZ  xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Məlumata görə, "Rey-Ban" dəbdəbəli eynək şirkətinin sahibi olan Del Vekkio 87 yaşında Milandakı San Raffael xəstəxanasında keçinib.

"Forbes" jurnalı Del Vekkionun şəxsi sərvətinin 25 milyard avro dəyərində olduğunu bildirib. O, bu sərvətlə İtaliyanın 2-ci, dünyanın isə 54-cü ən varlı adamı idi.





up