Cənubda 9 aylıq hamilə qadın naməlum şəraitdə öldü
27-06-2022, 19:16

Astarada 9 aylıq hamilə olan qadın ölüb.
 
AZİNFORM.AZ-ın verdiyi xəbərə görə, hadisə rayonun Giləkəran kəndində baş verib.
1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib.
İlkin məlumata görə, qadın yaşadığı evdə qəfildən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.




up