AĞIR QƏZA - 1 ailə xəstəxanalıq oldu
26-06-2022, 16:38

Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.

 AZİNFORM.AZ xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, sürücü, Kürdəmir rayonunun Atakişili kənd sakini, 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov “Nissan” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. 

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.





up