Azərbaycanda şadlıq evində HƏR KƏS ŞOK YAŞADI: TOY YASA DÖNDÜ
24-06-2022, 00:09

Sumqayıtda toy mərasimi yasa dönüb.

AZİNFORM.AZ trend-ə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən "Gold Palas"Şadlıq sarayında baş verib.

Toy məclisində qonaq qismində iştirak edən, 1967-ci il təvəllüdlü Bayramov Saleh Bəylər oğlu toyda halı qəfil pisləşib.

Şadlıq sarayına təcili tibbi yardım briqadası gələrək xəstəni müayinə edib. Məlum olub ki, S.Bayramov infakt keçirib.

O təcili olaraq xəstəxanaya götürülsə də, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.





up