Rusiyada azərbaycanlını vəhşicəsinə döyüb qarət etdilər - VİDEO
23-06-2022, 04:00

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı vəhşicəsinə döyülüb.

AZİNFORM.AZ-ın Rusiya KİV-ə istinadən məlumatına görə, barda qızlarla əylənən və onları qəlyana qonaq edən Azərbaycan vətəndaşına 2 nəfər yaxınlaşıb. Bundan sonra onlar arasında mübahisə düşüb. Nəticədə onlar həmyerlimizi döyərək onun pnevmatik tapançasını və 35 min rubl (təxminən 1081 manat) pulunu götürüblər.

Faktla bağlı şəhər polisi araşdırma aparır.





up