Bir neçə gün əvvəl Bakıda polis əməkdaşları küçədə gördükləri şübhəli şəxslərə yaxınlaşarkən insident baş verib.
AZİNFORM.AZ “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki Musabəyov küçəsində baş verib.
Onlar ərazi üzrə polis şöbəsinə aparılıb. İlkin məlumata görə, bu zaman həmin şəxslərdən biri olan 1987-ci il təvəllüdlü Oqtay Qədirovun (şərti adlı) narkotik vasitə qəbul etməsi məlum olub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı) maddəsi ilə protokol tərtib edilib və o, Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə O.Qədirova 300 manat pul cəriməsi cəzası verilib.