Bakıda 15 yaşlı qız itkin düşüb
23-06-2022, 10:30

Bakıda 15 yaşlı qız itkin düşüb.

AZİNFORM.AZ -ın məlumatına görə, hadisə iyunun 16-da paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Bayramova Xanım Səbuhi qızı saat 11 radələrində “Dədə Qorqud” parkına getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır. /report/





up