Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib.
AZİNFORM.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib.
Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içiblər. Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb.
Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb. Faktla bağlı araşdırma aparılır.