DİGƏR XƏBƏRLƏR
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə iyunun 12-də “Mercedes” markalı avtomobildə sərnişin olan paytaxt sakini Ə.Bəbirova hədə-qorxu gələn sürücünün ondan içərisində 300 manatı olan pulqabısını alması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZİNFORM.AZ-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Ağsu rayon sakini C.Əhmədov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır. /azərtac/