Bakı sakinini Xaçmazda əvvəl döydülər – Sonra ağaca bağlayıb yandırdılar
16-06-2022, 11:00

Xaçmaz rayonunda döyülmə hadisəsi olub.

AZİNFORM.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Susay kəndində qeydə alınıb.

Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gələn 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb





up