Bakıda “Porsche” 17 yaşlı oğlanı vuraraq öldürdü
14-06-2022, 01:24

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb. 

AZİNFORM.AZ xəbər verir ki, hadisə Yasamal rayonu Məhəmməd Xiyabanı küçəsində baş verib.

Piyada keçidindən keçən 2005-ci il təvəllüdlü Səlimov Məhəmməd Mehman oğlunu "Porsche” markalı avtomobili idarə edən Ağazadə Çingiz Əkrəm oğlu vurub. Piyada hadisə yerində ölüb. Sürücü polislər tərəfindən saxlanılıb. /apa/





up