Bakıda hoteldə faciə - Ərəb qadın öldü
13-06-2022, 17:10

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, "qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən "Aysberg” hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib. 
 
Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.




up