Bakıda hoteldə əcnəbi vətəndaşın başına oyun açdılar
13-06-2022, 13:13

Bakıda hoteldə əcnəbi vətəndaşın pulu oğurlanıb.

AZİNFORM.AZ xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə iyunun 9-na keçən gecə rayon ərazisindəki hotellərin birində əcnəbi vətəndaşın 1970 manatının və 100 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ş.İsfalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.





up