Bərdədə 17 yaşlı qıza görə 4 nəfər saxlanıldı
10-06-2022, 17:46

Bərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZİNFORM.AZ-a bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə rayonunun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.





up