Azərbaycanda tanınmış həkim məhkəməyə verilib.
AZİNFORM.AZ-ın gündem.az-a istinadən məlumatına görə, Masallı rayon Mərkəzi Xəstəxanasının baş travmatoloqu, tibb üzrə fəlsəfə doktoru Qurbanov Vaqif Oruc oğlu yol hərəkəti qaydalarını pozduğu üçün Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Daha sonra onun barəsində cərimə protokolu tərtib olunub. Lakin V. Qurbanov tətbiq olunan cəriməni aylarla ödəməyib. Buna görə də, onun barəsində İnzibati Xətalar məcəlləsinin 529.3-cü maddəsilə yeni protokol tərtib olunub.
Protokol baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu maddə üzrə alim 6 aydan 1 ilədək nəqliyyat vasitəsi idarə edə bilməyəcək.