Antarktidaya yağan qarın içindən görün nə tapıldı - VİDEO
9-06-2022, 19:55

Alimlər Antarktidaya yenicə yağan qarda ilk dəfə olaraq mikroplastiklər tapıblar.

AZİNFORM.AZ-ın məlumata görə, Yeni Zelandiyanın Kanterberi Universitetinin tədqiqatçıları Antarktidadakı 19 ərazidən nümunələr toplayıblar. Onlar ərimiş qarın litrində orta hesabla 29 hissəcik aşkar ediblər.

Bu mikroplastiklər plastik materialların aşınmasından qaynaqlanır və düyü dənəsindən daha kiçikdir - bəzən hətta çılpaq gözlə görmək mümkünsüzdür.





up