Elektrik dirəyinə çıxıb özünü öldürmək İSTƏDİ
8-06-2022, 23:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunun Vladimirovka kəndində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən AZİNFORM.AZ-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.





up