Nazir müavininin 17 yaşlı qızı ÖLDÜRÜLDÜ – VİDEO
5-06-2022, 19:14

Bildirilir ki, faciədən bir neçə gün əvvəl sevgililər arasında böyük dava olub və qız ayrılmaq qərarına gəlib…

İki gün əvvəl Moskvanın Odintsovo rayonunda sahibsiz evdə çoxsaylı bıçaq xəsarətləri olan qızın meyiti tapılıb.

Ölən şəxsin Moskva vilayətinin tikinti nazirinin müavini Marat Sibatulinin qızı 17 yaşlı Yeva olduğu üzə çıxıb.

Əməliyyatçılar “isti izlər”lə qatil olduğu iddia edilən şəxsi saxlayıblar.

Qeyd olunur ki, Moskva vilayətinin prokuroru vəzifəsini icra edən Andrey Qantsevin tapşırığı ilə Odintsovo şəhər prokuroru Yevgeni Kunegin şəxsən hadisə yerində olub.





up