Məşhur fitnes çempionunu vuran avtomobilin sürücüsü məsuliyyətdən boyun qaçırır - VİDEO
1-06-2022, 19:30

Azərbaycanda piyadanı vuran qadın sürcüsü zərəçəkmişə dəymiş ziyanı ödəməkdən imtina edir.

Bu barədə AZİNFORM.AZ-a müraciət edən, zərərçəkmiş, məşhur fitnes çempionu Salatın Əsədova bildirib.

Onun sözlərinə görə, fevralın 28-də, saat 17:40 radələrində Nəsimi rayonu, Azadlıq prospekti ilə Sahib Zeynalov küçəsinin kəsişməsində Liza Həsənova idarə etdiyi "Chevrolet Trax" markalı, 90-OS-334 dövlət qeydiyyat nişanlı avtomobillə onu vurub:

"Nəsimi rayonu, Azadlıq prospekti ilə Sahib Zeynalov küçəsinin kəsişməsinə çatdıqda, yolun Azadlıq prospekti istiqamətdə, yəni sol səkidən təxminən 1.5 metr məsafədə hərəkət edən avtomobil sol ayağının üzərindən keçmiş və nəticədə ayağım sınmışdı. Başımdan da zədə almışdım.

Məni Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna apardılar. Ayağımın şişdiyini görəndə qorxdub yalvardılar ki, polisə xəbər verməyim və nə lazımdırsa, edəcəklərini dedilər.

Xəstəxanaya qəza haqqında məlumat martın 2-də verilib. Məni əmin etdilər ki, xəstəxandan çıxandan sonra evə yanıma gələcəklər. Həkim ayağımın zədəsinin ciddi olduğunu, bu formada işləyə bilməyəcəyimi bildirdi. Liza Həsənova söylədi ki, yenidən işə çıxana qədər mənə maddi yardım edəcək.

Lakin xəstəxanadan çıxıb evə getdiyim gündən bir gün sonra Liza Həsənova zəng edərək məni təhqir etdi, sonra isə cəmi 1000 manat pul verəcəyini dedi. Halbuki həkim mənə 2 aya qədər işə getməyi qadağan edib. Özüm də kirayədə qalıram. Kirayə haqqım isə 700 manatdır. Ayağımın müalicəsi də hələ davam edir.

Artıq gördüm ki, qarşı tərəf mənim ona güzəştə getməyimdən sui-istifadə edir. Ona görə də Liza Həsənovadan şikayətçi oldum.

Avtomobildə Liza Həsənovadan başqa, Sevinc Əliyeva da var idi. Mən onların cəzalandırılmasını istəyirəm. Faktla bağlı görüntülərin olduğuna baxmayaraq, iş avtoekspertizaya görüntüsüz göndərildi. Bunun səbəbi nədir?

Birinci ekspertizanın nəticəsi mənim lehimə oldu. Sonra nədənsə ikinci ekspertizanın nəticəsi qarşı tərəfin lehinə oldu.

Mən birinci müstəntiqdən, 1 ay keçməsinə baxmayaraq, görüntüləri göndərmədiyi üçün şikayətçi oldum. Qanunda da var ki, piyadanı vuran sürücü zərəçəkmişə 5000-7000 manat pul ödəməlidir. Mən anlaya bilmirəm, əldə olan görüntünü göndərmək niyə bu qədər müşkül olub?! /sonxeber.az/


AZİNFORM.AZ



up