Bakı-Sumqayıt yolunda sürücü özünü maşında güllələdi
1-06-2022, 13:10

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Bu barədə AZİNFORM.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

"Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib. Allah rəhmət eləsin", - məlumatda qeyd edilib.

***

13:04

Bakı-Sumqayıt yolunda intihar hadisəsi baş verib.

AZİNFORM.AZ apa-ya istinadən xəbər verir ki, yolun Saray qəsəbəsindən keçən hissəsində 99 SM 907 dövlət nömrə nişanlı, "NİVA" markalı avtomobili idarə edən şəxs maşının içində özünə qəsd edib. Onun özünü silahla başından vurduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.




up