Sumqayıtda avtomobil qarət edilib - VİDEO
31-05-2022, 01:55

Sumqayıt şəhərində minik avtomobili qarət edilib. 

Şəhərin mərkəzində, təhlükəsiz şəhər kameralarının nəzarəti altında olan ərazidə avtomobilin şüşəsi sındırılaraq içərisindən oğurluq edilib.

 AZİNFORM.AZ-ın məlumatına görə, naməlum şəxs və ya şəxslər sürücü Çingiz İsayevin park etdiyi nəqliyyat vasitəsinin əvvəlcə şüşəsini sındırıb, sonra isə oğurluq ediblər. Avtomobildən içərisində təxminən 4000 manat olan kart, 25 manat nağd pul və mobil telefon oğurlanıb.   

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Sumqayıt Şəhər Polsi İdarəsindən bildirilib ki, hadisə yeri və avtomobilə baxış keçirilib.

Hazırda fakt üzrə zəruri araşdırmalar aparılır.



AZİNFORM.AZ



up