Su kanalında 37 yaşlı qadının meyiti tapılıb
27-06-2024, 13:36

Tərtərdə su kanalından meyit tapılıb.

Hadisə iyunun 26-da saat 17 radələrində baş verib.

Kanalın Tərtər şəhərindən keçən hissəsində Ağdərə rayon Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.







up