Türkiyədə bu dəfə fenomen bacılar saxlanıldı
14-11-2023, 16:57

Türkiyədə daha iki sosial media fenomeni saxlanılıb.

AZİNFORM.AZ “Hüriyet”ə istinadən xəbər verir ki, sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb.

Xatırladaq ki, Türkiyədə son günlər sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün saxlanılıb.





up