DƏHŞƏTLİ YOL QƏZASI: Qadın sürücü ŞAGİRDLƏRİ VURDU
2-11-2023, 16:06

Abşeron rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Masazır qəsəbəsi "Qurtuluş"yaşayış massivində baş verib.

"Kia"markalı avtomobili idarə edən qadın sürücü qəfil idarəetməni itirərək orta məktəbin qarşısında dayanan piyadaları vurub. Hadisə nəticəsində 2 kişi, bir qadın və 4 şagird xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadaları gəlib.





up