“Torqovı”da qadın kişini döydü - VİDEO
31-10-2023, 10:43

Bakıda qadın küçənin ortasında kişini döyüb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Fəvvarələr meydanında (Torqovı) baş verib və ətrafdakılar mobil telefonların kamerasına köçürüb.

Görüntülərdə əsəbi olan orta yaşlı bir qadının əvvəlcə kişini döydüyü, sonra isə onu ərazidən aparmağa çalışdığı görünüb.

Sözügedən görüntülər qısa zaman ərazində sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.


/yenisabah.az/



up