Bakıda polisə tabe olmayan sürücü belə saxlanıldı - ANBAAN VİDEO
11-10-2023, 11:03

Bakıda polisin “saxla” əmrinə tabe olmayan sürücü digər avtomobillərə ciddi təhlükə törədib.

AZİNFORM.AZ-ın məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. 

Videodan aydın olur ki, 77-EY-438 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü qayda pozuntusu törədib və polis ona "saxla" əmri verib.

Sürücü isə polisə tabe olmayıb. Nəticədə polis əməkdaşları onu süni sıxlıq yaradaraq saxlayıblar.





up