Bakıda 67 yaşlı kişi imtahan zamanı VƏFAT ETDİ
9-10-2023, 11:17

Bakıda 67 yaşlı kişi imtahan zamanı qəfil vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən Peşəkar Mühasib Sertifikatı imtahanında baş verib.

İmtahanda iştirak edən 1956-cı il təvəllüdlü Qəribov Alxaz Abid oğlu özünü pis hiss edib və imtahan zalında vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.





up