Rayon yolunda maşınların üzərinə gedən sürücü qorxulu anlar yaşatdı - VİDEO
18-09-2023, 12:27

Yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə rayon yollarının birində baş verib. Belə ki, 90-TG-955 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü əks yola çıxıb. O, birtərəfli yolun əksi istiqamətində hərəkət edərək axına qarşı hərəkət edib. Qarşıdan avtomobillərin gəlməsinə əhəmiyyət verməyən sürücü onların üzərinə sürərək təhlükəli anlar yaşadıb. Hadisəni qeydə alan motosiklet sürücüsü videogörüntünü sosial şəbəkədə paylaşıb. 


/Avtosfer.az/



up