Polşada polis yaşayış binasının zirzəmisində üç körpənin cəsədini tapıb
AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Varm-Masuriya Voyevodalığının Çerniki kəndində qeydə alınıb.
Belə ki, polis cinayətdə şübhəli bilinən 54 yaşlı kişini və ölən körpələrdən birinin anası olan 20 yaşlı qadını saxlayıb. Məkum olub ki, 20 yaşlı qadın hər üç körpəni qətlə yetirib.
Onlar barəsində cinayət işi açılıb. Araşdırma aparılır.