General dövlətə vurduğu ziyandan nə qədər ödəniş edib?
15-09-2023, 14:07

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

AZİNFORM.AZ xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda vəkillər təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə deyib ki, dövlətə dəymiş ziyanın 18 milyon manatdan 12 milyon manatı ödənilib. Nizami Məmmədovun ziyanın bir qismini ödəməsi, həmçinin xəstə olmasının nəzərə alınması, onun ev dustaqlığına buraxılması istənilib.

Məhkəmə vəsatət təmin edilməyib. Məhkəmə baxışı sentyabrın 22-ə təyin olunub.

Məhkəmədə həmçinin qeyd olunub ki, rəsmi məlumata görə təqsirləndirilən şəxslər sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovun tapşırıqlarını icra ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Cinayət işi üzrə dövlətə dəymiş ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə 100 milyon manata yaxın ziyan var.

Dəymiş ziyandan 40 milyon manat ümumilikdə ödənilib.  /teleqraf.com/





up