Bakıda restoranda yanğın olub
10-09-2023, 10:34

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 274 m² (hər mərtəbəsi 137 m²) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərdən (mağaza və restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZİNFORM.AZ-a verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. /apa/





up