Sərxoş aktyor oteldə qalmaqal törətdi: Həbs olundu - VİDEO
5-09-2023, 16:57

Ukraynadakı müharibəni tənqid edən məşhur rus aktyoru Aleksey Panin Estoniyada saxlanılıb.

AZİNFORM.AZ yerli mətbuata istinadən xəbər verir ki, sərxoş aktyor oteldə tanımadığı adamların otağına girməyə cəhd edib. Polis onu ayıltma məntəqəsinə aparıb.

Aktyorun Estoniyadan deportasiya oluna biləcəyi də iddia edilir.

Qeyd edək ki, may ayında Rusiya Daxili İşlər Nazirliyi Krım körpüsündə baş verən partlayışla bağlı şərhinə görə Panini terrorizmə haqq qazandırmaq ittihamı ilə beynəlxalq axtarışa vermişdi.


/bakupost.az/



up