Stop nişanında dayanmayan "Prius" motosiklet sürücüsünü qorxuya saldı - VİDEO
4-09-2023, 11:36

Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükə yaradıb. 

AZİNFORM.AZ xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində baş verib. Belə ki, prospektin kənar yolu ilə hərəkət edən 77-GY-890 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü stop nişanında dayanmadan hərəkət edib. O, baş yolla hərəkət edən motosikletin üzərinə sürərək ona mane olub. Bu azmış kimi irad bildirərək özünə haqq qazandırmağa  başlayıb. /avtosfer.az/





up