DİGƏR XƏBƏRLƏR
Abşeronda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən AZİNFORM.AZ-a verilən xəbərə görə, müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən ümumilikdə 6 ədəd mobil telefon və 1 velosiped oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Salamov müəyyən olunaraq saxlanılıb.