“Sədərək” ticarət mərkəzinin ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
AZİNFORM.AZ qafqazinfo-ya istinadla xəbər verir ki, naməlum avtomobil Süleymanov Samir Qabil oğlunu vurub. Ağır xəsarət alan şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Facebook
Вконтакте
Одноклассники
Google+