İddia: “Veysəloğlu”nun gətirdiyi “TESS” çaylarından yenə qurd çıxdı - VİDEO
25-08-2023, 03:14

Bakıda mağazaların birindən alınan “TESS” Ginger Mojito çay paketinin içindən qurd çıxdığı iddia edilir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.


AZİNFORM.AZ xəbər verir ki, “TESS” Azərbaycanda ən çox içilən çay markalarındandır və ölkəyə “Veysəloğlu” MMC tərəfindən gətirilir.

Bu, “TESS” çayları ilə bağlı birinci şikayət deyil. Belə ki, ötən il də “TESS” Forest Dream çay paketlərinin içindən qurd çıxması ilə bağlı xəbərlər yayılmışdı.
AZİNFORM.AZ məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və “Veysəloğlu” MMC-yə sorğu ünvanlayıb.  /pravda.az/






up