Blogerin atası DANIŞDI: "Nicat depressiyadadır"
24-08-2023, 10:46

"Hələ ki, yaxşı demək olmaz. Qabırğası qırılıb, boynunda kəskin ağrı var. Depressiyadadır. Dostunu soruşur. Deyir ona nəsə olsa, mən də özümə nəsə edərəm".

AZİNFORM.AZ "oxu.az"a istinadən xəbər verir ki, bu sözləri "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin atası, nevropatoloq Nafiz Mütəllimov oğlunun səhhətindən danışarkən deyib.

Xatırladaq ki, Avqustun 15-də sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.





up