Oyun oynayan uşaqlar üç evin yanmasına səbəb oldu
24-08-2023, 00:11

Düzce şəhərində uşaqlar 3 evin yanmasına səbəb olub. 

Uşaqlar məhəllədəki sahibsiz evdə oynayan zaman oturacaq yanıb. Evdə başlayan yanğından yüksələn alov küləyin təsiri ilə daha 3 evə keçib. 

Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb, 3 evə ziyan dəyib.

Yanğınla bağlı araşdırmalara başlanılıb.





up