Ölkədə 30 provayderin saytı yoxdur - QƏRİBƏ STATİSTİKA
21-08-2023, 15:02

Azərbaycanda internet xidməti göstərən 30 provayderin saytı yoxdur.

AZİNFORM.AZ bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. O xatırladıb ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) son bir neçə ayda 140 provayderi uçota cəlb edə bilib.

“Qəribə də olsa, bu siyahıda 30-dan çox provayderin saytının olmadığı görünür. İnternet xidmətləri təqdim edən bir şirkətin saytının olmaması xeyli düşündürücüdür. Eyni zamanda bu siyahıda provayderlərin xidmət göstərdiyi ərazinin təqdim edilməməsi, xidmətlər və əlçatanlıqla bağlı yetərli məlumatların olmaması da xoşagəlməz haldır”.

 





up